AZ

ABŞ rəsmisi İranla bağlı açıqlama yaydı: Tamamilə məv edilməyib

GlobalInfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

İsrailin hərbi zərbələri İranın nüvə proqramına ziyan vursa da, proqram tamamilə məhv edilməyib.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ dövlət katibinin keçmiş müavini Vendi Şerman bəyan edib. Onun sözlərinə görə, İran hələ də uranı zənginləşdirmək imkanına və təkmil sentrifuqalara sahibdir:

“Şübhə yoxdur ki, hərbi zərbələr proqramı zəiflədib, amma İranın nüvə qabiliyyəti hələ də qalır”.

Şerman əlavə edib ki, İsrailin kəşfiyyat icmasının yüksək səviyyəli təhlükəsizlik və nüvə ekspertləri ilə dəfələrlə video görüşlər keçirib.

Keçmiş diplomat, həmçinin, tərəflərin yenidən danışıqlar masasına qayıtmasına ümid etdiyini bildirib:

“Diplomatiya hərbi qarşıdurmadan daha yaxşı yoldur”.

Tahir Turan

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
26
50
globalinfo.az

10Mənbələr