İngiltərə Premyer Liqasının 4-cü turunda "Liverpul" "Börnli"nin qonağı olub.
Moderator.az xəbər verir ki, görüş 0:1 hesabı ilə qonaqların xeyrinə başa çatıb.
Matçda yeganə qolu 90+5-ci dəqiqədə penaltini dəqiq yerinə yetirən Məhəmməd Salah vurub.
84-cü dəqiqədən etibarən meydan sahibləri azlıqda oynayıblar.
Beləliklə də, Arne Slotun rəhbərlik etdiyi Mersisayd klubu Premyer Liqanın startında dördüncü qələbəsini qazanıb və 12 xalla turnir cədvəlində birincidir. Skott Parkerin rəhbərlik etdiyi "Börnli" isə 3 xalla 17-ci yerdədir.