AZ

Atambayevin ailəsi evindən çıxarıldı - FOTOLAR

Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayevin ailəsi Bişkek ətrafındakı Koy-Taş kəndindəki evindən çıxarılıb, bütün şəxsi əşyalar zorla evdən çıxarılaraq sifarişlə hazırlanmış konteynerə yerləşdirilib.

"Unikal" xəbər verir ki, bunu sabiq dövlət başçısının qızı Aliyə Şaqiyeva bildirib.

“Hazırkı hökumət Atambayevlər ailəsini gətirdikləri konteynerə atır... Bütün bir ordu ilə xəbərdarlıq etmədən ggəliblər və bizi yağışda küçədə qoyub”, - Şagiyeva İnstaqram səhifəsində yazıb.

Şaqiyevanın sözlərinə görə, onlara köçürülmə ilə bağlı icra aktı və ya digər sənədlər təqdim edilməyib. Həmçinin, sabiq prezidentin qızının iddia etdiyi kimi, bu məsələ ilə bağlı məhkəmə prosesi hələ də yekunlaşmayıb.

“Məhkəmənin hökmü və lazımi sənədlər olsa belə (yalnız Ali Məhkəmədən sonra şəhər məhkəməsi davam edir), o zaman qanunvericilikdə evdən çıxarılması üçün müəyyən müddət nəzərdə tutulub”, - deyə o, onlara vaxt verilmədiyini qeyd edib.

Keçmiş dövlət başçısının oğlu Kadırbek Atambayev də köçürülmə ilə bağlı münasibət bildirib. O, “Facebook” səhifəsində yazıb ki, ailəsi əmlaklarına görə məhkəməyə müraciət etmək niyyətindədir. 

Seçilən
24
1
unikal.az

10Mənbələr