AZ

Kirkin qətlində şübhəli bilinən şəxs özünü təqsirsiz sayır

Amerikalı mühafizəkar fəal Çarli Kirki öldürməkdə şübhəli bilinən Yuta ştatının 22 yaşlı sakini Tayler Ceyms Robinson təqsirini etiraf etməkdən və istintaqla əməkdaşlıqdan imtina edir.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Yuta ştatının qubernatoru Spenser Koks bildirib.

Ağır qətl törətməklə yanaşı, o, qanunsuz silah saxlamaqda və ədalət mühakiməsinə mane olmaqda da ittiham olunur.

Xatırladaq ki, 31 yaşlı Kirk sentyabrın 10-da Orem Universitetində (Yuta) çıxışı zamanı güllələnib. O aldığı xəsarətdən xəstəxanada dünyasını dəyişib. Mühafizəkar fikirlərə malik olan fəal Tramp tərəfdarı olub.

Qətli törətməkdə şübhəli bilinən Yuta sakini Tayler Ceyms Robinson sentyabrın 11-də hakimiyyət orqanlarına təhvil verilib. Tramp bu işdə Robinsonun günahkar bilinəcəyinə və edam cəzasına məhkum ediləcəyinə ümid etdiyini bildirib. 

"Cebheinfo.az" 

Seçilən
17
1
cebheinfo.az

2Mənbələr