AZ

İsrail bu dəfə Misiri HƏDƏFƏ ALIB

Modern.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Misir hakimiyyəti İsrailin Qahirədə HƏMAS rəhbərliyinə qarşı sui-qəsd həyata keçirmək planlarını ifşa edib.

Modern.az xəbər verir ki, bu barədə Londonda yerləşən "Middle East Eye" nəşri məlumat yayıb.

Bildirilir ki, İsrail son iki ildə dəfələrlə HƏMAS nümayəndələrinə qarşı sui-qəsd cəhdləri edib, lakin Misir tərəfi bu planların qarşısını alıb.

“Misir ərazisində HƏMAS liderlərinə qarşı hər hansı hücum dövlət suverenliyinin pozulması və İsrail tərəfindən müharibə elan edilməsi kimi qəbul ediləcək. Biz cavab addımlarından çəkinməyəcəyik,” - deyə yüksək rütbəli misirli rəsmilərdən biri qeyd edib.

Məlumata görə, Qahirə dəfələrlə İsraili atəşkəs danışıqlarını bərpa etməyə çağırıb, lakin tərəflər arasında münasibətlər son aylarda kəskin gərginləşib. Qərb mediası yazır ki, keçən həftə Misir və İsrail arasında diplomatik yazışmalar tam dayanıb, Qəzzada atəşkəs danışıqları dalana dirənib.

Misir, həmçinin, Qəzzadan mümkün qaçqın axınının qarşısını almaq üçün avqustda sərhədə 40 min əsgər yerləşdirib. Hərbi mənbələr bildiriblər ki, İsrailin bu həftə Qətərin paytaxtı Dohaya endirdiyi aviazərbələr barədə nə Misirlə, nə də ABŞ-la koordinasiya aparılmayıb. Misir ordusu İsrail sərhədində Çin istehsalı hava hücumundan müdafiə sistemləri yerləşdirib.

Ekspertlər vurğulayırlar ki, Qahirə HƏMAS-a loyal mövqedə deyil və bu hərəkatı “Müsəlman qardaşlar” təşkilatı ilə əlaqələndirərək ehtiyatla yanaşır. Lakin Vaşinqtonun təzyiqi altında, xüsusən də Barak Obama administrasiyasından sonra Misir HƏMAS-la əlaqə saxlamağa məcbur olub və bölgədə əsas vasitəçi kimi çıxış etməyə davam edir.

Qeyd edək ki, Misir 1979-cu ildə ABŞ-ın vasitəçiliyi ilə İsraillə sülh sazişi imzalayan ilk ərəb dövləti olub. Lakin Qərb sorğuları göstərir ki, misirlilərin böyük əksəriyyəti bu sazişi hələ də mənfi qiymətləndirir və İsraili düşmən dövlət hesab edir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
3
1
modern.az

10Mənbələr