Türkiyənin xarici işlər naziri Hakan Fidan Dohada Qətərin baş naziri Məhəmməd bin Əbdülrəhman Al Tani, Misirin xarici işlər naziri Bədr Əbdüləti, İraqın xarici işlər naziri Fuad Hüseyn və Pakistanın baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar ilə görüşüb.
Teleqraf xəbər verir ki, Fidan Qətərin paytaxtı Dohada İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Fövqəladə Zirvə Toplantısı və Ərəb Liqasının Xarici İşlər Nazirləri Toplantısı çərçivəsində həmkarları ilə danışıqlar aparıb.