Ajans.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Məlumata görə, təbiət hadisəsi Sumatra adasının sahillərində qeydə alınıb. Belə ki, zəlzələnin episentri Benkulu şəhərindən 176 kilometr şimal-qərbdə, ocağı isə 67 km dərinlikdə olub.
Dağıntılar barədə məlumat verilməyib, sunami təhlükəsi elan edilməyib.