AZ

Qüdsdə İrana casusluq edən gələcək ravvin həbs edildi

Qüds Dairə Məhkəməsi Beyt Şemeşdən olan yeşiva fakültəsinin (ali dini məktəb) 22 yaşlı tələbəsi Elimelek Şterni İranın xeyrinə casusluqda təqsirli bilib.

Axar.az xəbər verir ki. bu barədə “Tayms of İsrail” məlumat yayıb.

O, keçən il pul müqabilində bir İran kəşfiyyat agenti üçün bir neçə tapşırıq yerinə yetirməkdə təqsirli bilinib. Stern həbs olunduqdan sonra “Şabak” təhlükəsizlik xidməti tərəfindən sorğu-sual zamanı “Anna Yelena” adlı istifadəçi ilə Teleqramda əlaqə saxladığını etiraf edib.

O, agentin göstərişi ilə təbliğat vərəqləri (“Tarix uşaqların öldürüldüyünü yazacaq, gəlin, tarixin doğru tərəfində dayanaq” şüarı ilə) yaymaq üçün daha iki israillini “işə” cəlb edib, həmçinin Qüdsdə yanğın törədib.

Seçilən
6
2
axar.az

10Mənbələr