AZ

“Sabah” səfərdə “Neftçi” ilə heç-heçə etdi

Misli Premyer Liqasında IV tura yekun vurulub.

"Unikal" xəbər verir ki, günün son oyununda “Sabah” səfərdə “Neftçi” ilə qolsuz heç-heçə edib.

Bu gün baş tutan digər matçda isə “Şamaxı” “Karvan-Yevlax”ı üç cavabsız topla məğlub edib.

Qeyd edək ki, daha əvvəl reallaşan görüşlərdə “Araz-Naxçıvan” “Kəpəz”i (2;0), “Turan Tovuz” “Qəbələ”ni (1:0), “İmişli” isə “Sumqayıt”ı (1:0) üstələyib.

“Qarabağ” – “Zirə” oyunu qollu heç-heçə ilə yekunlaşıb - 1:1

Seçilən
13
1
unikal.az

10Mənbələr