Misli Premyer Liqasının IV turunda "Sabah" səfərdə "Neftçi" ilə 0:0 hesablı heç-heçə edib.
Offsideplus.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında Masazır təmsilçisinin baş məşqçisi Valdas Dambrauskas qarşılaşmanı dəyərləndirib:
"Hər iki komanda qələbə qazanmaq istəyirdi. Çətin oyun oldu. Hər iki komandanın qol vurmaq üçün şansı az idi. İkinci hissədə bir az çox imkanlarımız oldu. Amma bu, yetərli deyildi. Məncə nəticə oyuna uyğun oldu".
Litvalı mütəxəssis "Sabah"ın 4 oyuna 4 xal toplamasına belə reaksiya verib: "Mən gəlməmişdən qabaq hara gəldiyimi bilirdim. 2 ildir ki, bu çempionatı izləyirdim. Bu liqa o qədər çətindir ki, 12 komandalı çempionatda hamı xal itirib. Düzünü desəm, bəli, 4 xaldan artığını gözləyirdim".