“Real” La Liqanın 4-cü turunda “Real Sosyedad” üzərində qələbə qazanıb.
Publika.az xəbər verir ki, San-Sebastyanda keçirilən görüş qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bundan öncə Xabi Alonsonun komandası “Malyorka” (2:1), “Ovyedo” (3:0) və “Osasuna”nı (1:0) məğlub edib.
Beləliklə, Alonso 2009-cu ildən bəri La Liqada ilk 4 matçını qazanan ilk “Real” məşqçisi olub. Həmin vaxt bunu Manuel Pelleqrini bacarmışdı.