AZ

“Bəzi şeylər alınmadı” Dambrauskas

futbolpress-az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Azərbaycan Premyer Liqasının IV turunun “Neftçi” – “Sabah” oyunundan (0:0) sonra qonaq komandanın baş məşqçisi Valdas Dambrauskas jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib…

– Hər iki komanda üçün nəticə önəmli idi. “Neftçi” də qalib gəlməmişdi, biz də son oyunda istəmədiyimiz nəticə ilə üzləşmişdik. Daha çox əks-hücumlar oldu. Birinci hissədə çox səhv buraxdıq. Mövsüm ərzində etdiyimiz səhvləri yenə etdik. İkinci hissədə oyunun ritmi yaxşı idi. Sonradan meydana daxil olanlar yaxşı təsir bağışladılar. İrəlidə bu qədər az fürsət yaradırsansa, çətindir. Rəqibin də qol şansı oldu. Oyunun nəticəsi ədalətli idi.

– Azərbaycan millisini Fernandu Santuş və Ayxan Abbasovun rəhbərliyi altında da görmüsüz. Abbasov gəldikdən sonra Abdulla Xaybullayevi də milliyə dəvət etdi. Sizcə, yerli yoxsa xarici məşqçi Azərbaycan millisi üçün yaxşıdır? 

– Bu sual mənim üçün deyil. Mən “Neftçi” – “Sabah” matçı haqda nə qədər istəsəz danışa bilərəm. Amma bu, mənə aid olan məsələ deyil. Azərbaycan xalqının, AFFA-nın seçimi olmalıdır. Rəhbərlik seçməlidir.

– Üç oyundan sonra cəmi 4 xal yığmısız. Bu cür gözləntiniz var idi, yoxsa fikirləşirdiz ki, 3 matçdan 9 xal da toplamaq olar?

– Mən gəlməmişdən qabaq hara gəldiyimi dərk edirdim. Burada çempionatın gərgin olduğunu bilirdim, çempionatı izləyirdim. Çünki bəzi oyunçularım var idi ki, burada çıxış edirdilər. 4 xal bizim üçün gözləmədiyimiz hal idi. Amma bu, mövsümün başlanğıcında normal ola bilər. Bəhanələr gətirmək istəmirəm. Çox inkişaf etməliyik. Bu gün önəmli oyunçularımızdan Cesse Sekidika, Zinedin Uld Xaled, İqor Noqeyra yox idi. Bu mövsümboyu da baş verəcək, zədəlilər olacaq. Andrey Souza bu gün debüt etdi, Tellur Mütəllimov uzun müddətdən sonra oynadı. Qığılcımlar olduqca inanıram ki, gələcəkdə böyüyəcəyik, qələbələr olacaq. Bu matçda da çalışdıq. Bəzi şeylər alınmadı. Onların üzərində işləməliyik. Sabah artıq yeni məşqimizə başlayırıq, qarşıdakı matça hazırlaşırıq.

Şahin Cəfərov 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
7
7
futbolpress.az

8Mənbələr