AZ

Konqoda gəmi qəzası nəticəsində 200-ə yaxın insan ölüb

Bakı. Trend:

Son günlərdə Konqo Demokratik Respublikasının şimal-qərbində ikigəmi qəzası nəticəsində təxminən 200 nəfər həyatını itirib.

Trend-in RFI-yəistinadən məlumatına görə, ilk faciə Ekvator əyalətində – Nsolo vəMarinqa çaylarının qovşağında baş verib. Burada 60-ı tələbə olmaqla100-dən çox insan boğularaq ölüb, yalnız səkkiz nəfər xilasedilib.

Ertəsi gün axşam Konqo çayında digər gəmi yanaraq çevrilib.Nəticədə daha 100 nəfər həlak olub, 209 sərnişin isə sahilə çatabilib.

Qeyd edək ki, ölkədə geniş avtomobil və dəmir yoluinfrastrukturunun olmaması səbəbindən su nəqliyyatı əsas hərəkətvasitəsi sayılır.

Seçilən
37
az.trend.az

1Mənbələr