AZ

Yaşlanma əleyhinə inyeksiya Çində uğurla sınaqdan keçirilib

Çindən olan bir qrup tədqiqatçı orqanizmin qocalma prosesini ləngitməyə qadir olan eksperimental inyeksiyanı uğurla sınaqdan keçirib.

Aznews.az xəbər verir ki, işin nəticələri "Cell" jurnalında dərc olunub.

Yaradılan dərman immunitet sistemini aktivləşdirir, qocalmış hüceyrələri məhv etməyi hədəfləyir. Yaşlanma əlamətlərinə davamlı genetik modifikasiya edilmiş kök hüceyrələrin tətbiqi aydın cavanlaşdırıcı təsir əldə etməyə imkan verib.

Tədqiqat müəlliflərinin sözlərinə görə, 12 həftəlik testlər zamanı beyin, yaddaş, əzələ toxuması, reproduktiv funksiya və bir sıra daxili orqanların vəziyyətində yaxşılaşma qeydə alınıb.

Seçilən
10
11
aznews.az

10Mənbələr