AZ

Xankəndidə yaralanan polis Bakıya gətirildi

Bu gün Xankəndi şəhərinin erməni əsilli sakini Avanesyan Karen Albertoviçin açdığı atəş nəticəsində xəsarət alan polis əməkdaşı Bakıda yerləşən xəstəxanalardan birinə gətirilib.

Axar.az-ın Teleqraf-a istinadən xəbərinə görə, yaralı polis ilk olaraq Bərdə Diaqnostika Mərkəzinə çatdırılıb, daha sonra paytaxda yerləşən xəstəxanalardan birinə göndərilib.

Qeyd edək ki, sentyabrın 14-də Xankəndi şəhərinin erməni əsilli sakini 1967-ci il təvəllüdlü Avanesyan Karen Albertoviç yaşadığı yerdən şəhərin yaxınlığındakı meşə massivinə gedərək qabaqcadan orada gizlətdiyi “Kalaşnikov” avtomatını və ona aid patronla dolu 4 sandıqcanı, eləcə də 5 ədəd qumbaranı götürüb Xankəndi şəhərində keçirilən tədbir yerinə yaxınlaşmaq istəyərkən polis əməkdaşları tərəfindən saxlanılıb, bu zaman K.Avanesyan 3 ədəd əl qumbarası atmaqla və avtomatdan atəş açmaqla polisə silahlı müqavimət göstərib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Teleqraf-a verilən məlumata görə, cavab atəşi nəticəsində güllə yarası almış K.Avanesyan tutulub.

Əməliyyat zamanı bir polis əməkdaşı yaralanıb.

Baş Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə cinayət işi qaldırılaraq əməliyyat-istintaq tədbirləri aparılır.

Seçilən
2
8
axar.az

10Mənbələr