Bakı. Trend:
Estoniya Ukraynaya 100 milyon avrodan çox məbləğdə dəstəkayıracaq və bunun əsas hissəsi Estoniya silahlarının tədarükünəyönəldiləcək.
Trend-inməlumatına görə, bu barədə Estoniya Müdafiə Nazirliyinin saytındabildirilib.
Müdafiə naziri Hanno Pevkur ukraynalı həmkarı Denis Şmıxal iləgörüşdə qeyd edib ki, Estoniya müdafiə sənayesi şirkətləri gələn ildə mühüm rol oynayacaq:
"Biz Ukraynanın hərbi ehtiyaclarını rəhbər tuturuq. Bundanəlavə, ukraynalıların təliminə və müdafiə sektorunda İT həllərinindəstəklənməsinə davam edəcəyik", – Pevkur vurğulayıb.
Nazirin sözlərinə görə, Estoniya hər il ÜDM-nin 0,25%-niUkraynaya dəstək üçün ayırır.