AZ

"Bunu bir əcnəbi eləsəydi, onun bu işi şişirdilərdi"

“Bu gün millinin heyətində ən yaxşılardan biri Abdulla Xaybullayev idi.

Hərəkətliliyi, döyüşkənliyi ilə dayaq zonasında Emin Mahmudovla yaxşı tandem təşkil etdilər”.

Bu sözlər tanınmış jurnalist, “Qarabağ” və “Sabah”ın sabiq funksioneri Emin Abbasova məxsusdur.

Əsasən televiziya verilişlərindəki çıxışları ilə yadda qalan Abbasov klub sahəsində işlədiyi dönəmlərdə çalışqanlığı ilə yadda qalıb.

Bəzi futbolçuların üzə çıxmasına şərait yaradıb, milli komandalara yüksəlişlərinin səbəbkarı olub.

Abbasov sosial şəbəkə hesabında etdiyi paylaşımda konkret faktlara söykənib:

“Həm Xaybullayevi, həm də Ceyhun Nuriyev, Abdulla Rzayev kimi futbolçuları "Sabah"a klubun idman direktoru olduğum vaxtlarda məşqçi Rövşən Babayevlə mən gətirmişdim. Qısa müddətdə çox yaxşı seleksiya işləri aparmışdıq.

Təbii ki, klubdan gedəndə buna görə "çox sağ ol" deyən olmadı. Sonrakı dönəmdə "Sabah" Ceyhun Nuriyevin satışından, Abdulla Rzayevin icarəsindən qazanc da əldə etdi.

Sözümün canı odur ki, bunu bir əcnəbi eləsəydi, onun bu işi şişirdilərdi, xüsusi təmtəraqla təqdim edilərdi.

Təəssüf ki, futbol sahəsində nə yerli məşqçilərə, nə də yerli mütəxəssislərə layiq olduğu dəyər verilir”.

HƏBİB

Seçilən
9
sportinfo.az

1Mənbələr