AZ

Zelenski: Ən sürətli hərəkət edən sanksiyalar Rusiyanın neft emalı zavodlarına zərbələrdir

ain.az, Bizimyol portalına istinadən məlumat verir.

Ukraynanın Rusiya neft emalı zavodlarına, onların terminallarına və neft anbarlarına zərbələri bu ölkənin neft sənayesini əhəmiyyətli dərəcədə ziyan vurub və bu, müharibəni əhəmiyyətli dərəcədə məhdudlaşdırır.

"Report" xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski çıxışında deyib.

"Ən təsirli sanksiyalar - ən sürətli hərəkət edən sanksiyalar Rusiyanın neft emalı zavodlarına, onların terminallarına, neft anbarlarına zərbələrdir. Rusiya müharibəsi əslində neftin, qazın, bütün digər enerji resurslarının funksiyasıdır", - deyə Ukraynanın dövlət başçısı qeyd edib.

O, Primorskda çox keyfiyyətli iş gördüyünə görə Ukrayna Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlılarına təşəkkür edib: "Baltik dənizində Rusiyanın ən böyük neft terminalında ciddi ziyan var. Ukrayna xüsusi təyinatlıları həmçinin Ust-Luqa limanını və Rusiyanın dünya bazarına giriş üçün bütün digər nöqtələrini izləyirlər".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
2
11
icma.az

10Mənbələr