AZ

Hil Manzanonun qərarı ləğv edildi, VAR hakimi müvəqqəti kənarlaşdırıldı

İspaniya Futbol Federasiyasının Texniki Hakimlər Komitəsi (STA) 4-cü tur La Liqa matçı “Real Sosyedad” – “Real” (1:2) zamanı baş hakim Xesus Hil Manzano tərəfindən verilmiş qərarı nəzərdən keçirəcək.

90deqiqe.Az-ın "Marca"ya istinadən məlumatına görə, komitə müdafiəçi Din Hyuisenin 32-ci dəqiqədə qırmızı vərəqə almasının səhv olduğunu təsdiqləyəcək.

Mənbə bildirir ki, STA VAR hakimi Xorxe Fiqeroa Vaskesi müvəqqəti olaraq vəzifədən kənarlaşdıracaq. O, Hil Manzanonu monitora dəvət etməyərək səhv qərarı düzəltmək imkanını əldən verib.

Qeyd olunur ki, İspaniyada hakimlərin işini qiymətləndirmə qaydaları STA-nın prezidenti Fransisko Soto Balirak təyin olunandan sonra dəyişdirilib.

Seçilən
37
90deqiqe.az

1Mənbələr