ain.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.
İsrailin kəşfiyyat xidməti MOSSAD İranın zənginləşdirilmiş uran ehtiyatlarının yerini dəqiq bilir.
Globalinfo.az xəbər verir ki, bu barədə “The Jerusalem Post” məlumat yayıb. Qeyd olunub ki, İsrailin indiyədək həyata keçirdiyi hərbi əməliyyatlar zamanı bu ehtiyatlar hədəf alınmayıb.
Nəşr yazır ki, Tehran bu urandan nüvə silahı yaratmaq üçün istifadə etməyə cəhd edərsə, MOSSAD müdaxilə etmək imkanına malikdir. MOSSAD həmçinin, İranın uran ehtiyatlarını Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə (AEBA) təqdim edənə qədər məsələnin diqqət mərkəzində qalacağını bildirib.
Yaxın iki həftə ərzində Qərb tərəfi qlobal sanksiyaların bərpası və tətik mexanizminin işə salınmasının qarşısını almaq üçün İrana uran ehtiyatlarına Beynəlxalq Agentlik tərəfindən nəzarət icazəsi verilməsini tələb edir.
Tahir Turan
Globalinfo.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.