Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova seçkilər zamanı Belqorod vilayətində üç və Bryansk vilayətində bir seçki məntəqəsinə pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb .
News24.az xəbər verir ki, MSK sədri hücuma məruz qalan seçki məntəqələrinin yerinin dəyişdirildiyini bildirib.
Pamfilovanın sözlərinə görə, səsvermə başqa yerə keçirilib: "Öncədən ciddi hazırlıq işləri görülmüş, sürətli evakuasiya sistemi yaradılmışdır".
Xatırladaq ki, bu gün Rusiyada səsvermənin sonuncu günü keçirilib. Rusiya vətəndaşları qubernator, parlament üzvləri və yerli hakimiyyət orqanlarının nümayəndələrini seçiblər.