AZ

QHT Gəncədə sahibkarlıq təlimi keçirib - FOTOLAR

12 sentyabrda Gəncə şəhərində Gəncə KOBİM-də İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyi tərəfindən “Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin dövlət satınalmalaırnda rəqabətliyinin artırılması” layihəsi çərçivəsində 30 sahibkara “Dövlət satınalmalarının təşkili və idarə olunması mövzusunda təlim keçirilmişdir.

QHT.az xəbər verir ki, təlimin əsas məqsədi Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin (MKOSS) dövlət satınlalmarında iştirakçılığın artırılması istiqamətində dövlət satınalmalarında biznesin səmərəli  faydalanmasını təmin edilməsi, sahibkarların satınalma proselərinə dair məlumatlarının bilik və bacarıqlarının artırılmasıdır. Təlim peşəkar təlimçilər Etibar Qasımov və Rüstəm Kərimov tərəfindən sahibkarlara təqdim edildi, onları maraqlandıran suallara aydınlıq gətirildi. Dinləyicilərin məlumatlarının dərinləşməsi və özünümarifləndirmə prosesinin daha da təkmilləşdirilməsi üçün onlara satınalma proseslərinin hüquqi və praktiki məsələrini əhatə edən Dövlət satınalmalarının təşkili və idarə edilməsi adlı kitabla   təmin edilmişdilər.

Təlimdə KOBİA-nın Gəncə-Daşkəsən kordinatorluğunun kordinatoru Anar Əliyev iştirak edərək öz tövsiyyələrini təqdim etdi. Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra edilir.

Seçilən
14
qht.az

1Mənbələr