Türkiyənin kişilərdən ibarət basketbol millisi Avropa çempionatında ikinci olub.
QOL.az xəbər verir ki, “ay-ulduzlular” qitə birinciliyinin finalında Almaniyaya uduzub.
Riqada baş tutan həlledici görüş almanların 88:83 hesablı qələbəsi ilə yekunlaşıb.
Üçüncü yer uğrunda matçda Yunanıstan millisi Finlandiyanı məğlub edib - 92:89.