AZ

“Taysonla Meyvezer bir birini sevmir”

Footbal-plus saytına istinadən ain.az xəbər verir.

UFC icmalçısı və podkaster Co Roqan Mayk Taysonla Floyd Meyvezer (kiçik) arasındakı potensial döyüşlə bağlı fikirlərini bölüşüb:

“Mayk Tayson və Floyd Meyvezer bir-birini sevmir və heç vaxt da sevməyib. Amma onlar arasındakı döyüş cəlbedici ola bilər. Mayk bu döyüşdə nokautla qalib gələ bilərmi? Bu kiçik oğlan, yəni Meyvezer 50 yaşında da yaxşı hərəkət edir, çox cəlddi və əla formadadı”.

Xatırladaq ki, ağır çəkidə sabiq mütləq dünya çempionu Tayson bir neşə gün əvvəl sosial şəbəkə hesabında beş çəki dərəcəsində sabiq dünya çempionu Meyvezerlə döyüşünü anons edib. Həmin döyüşün gələn yaz keçirilməsi gözlənilir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
22
1
icma.az

2Mənbələr