AZ

"Barselona" "Valensiya"nı darmadağın edib

Futbol üzrə İspaniya çempionatının dördüncü turunda “Barselona” səfərdə “Valensiya”nı darmadağın edib.

Ucnoqta.az xəbər verir ki, Kataloniyanın paytaxtında, “Yohan Kroyf Arena” stadionunda keçirilən oyun 6:0 hesabı ilə başa çatıb. Qaliblərin heyətində Fermin Lopez, Rafinya və Robert Levandovski iki dəfə fərqləniblər.

Bu qələbədən sonra Hans-Diter Flikin rəhbərlik etdiyi komanda 10 xal toplayıb və turnir cədvəlində ikinci pilləyə yüksəlib. Xabi Alonsonun komandası dörd oyundan sonra 12 xalla La Liqaya liderlik edən "Real Madrid"dir.

Seçilən
26
ucnoqta.az

1Mənbələr