AZ

Steven Uitkoff “Witkoff Group”dakı payını satıb

Bakı. Trend:

ABŞ-nin sülhməramlı missiyalar üzrə xüsusi elçisi Steven Uitkoff“Witkoff Group” şirkətindəki payını 120 milyon dollara satıb.

Trend “Bloomberg”əistinadla xəbər verir ki, Uitkoff bu addımı administrasiyadakıfəaliyyəti ilə biznes maraqları arasında potensial toqquşmadanqaçmaq üçün atıb. Maliyyə bəyannaməsi avqust ayında təqdimolunub.

Sənəddə onun rəsmi olaraq 30 iyun tarixindən ABŞ prezidentininsülhməramlı missiyalar üzrə xüsusi nümayəndəsi kimi fəaliyyətəbaşladığı göstərilir. Bununla yanaşı, Uitkoff Donald Trampınkomandasına hələ inauqurasiyadan əvvəl qoşulub.

Məlumata görə, xüsusi elçinin ümumi aktivləri 350 milyondollardan çoxdur. O, “SpaceX”, “Cisco Systems” və “UberTechnologies” kimi şirkətlərdə də paya sahibdir. Uitkoff həmçinin31 milyon dollardan artıq borcunun olduğunu, əsasən də təyyarəalışı üçün götürülən kreditlərlə bağlı olduğunu açıqlayıb.

Seçilən
26
az.trend.az

1Mənbələr