AZ

Almaniyada bələdiyyə seçkilərinin ilkin nəticələri açıqlanıb

Bakı. Trend:

Almaniyanın Şimali Reyn-Festfaliya (NRW) əyalətində keçirilənbələdiyyə seçkilərinin ilkin nəticələrinə əsasən, XristianDemokratlar İttifaqı (CDU) 34,6 faiz səslə lider olub. Bu,partiyanın 2020-ci il seçkilərindəki göstəricisi ilə demək olar ki,eynidir.

Trend WDRteleviziyasına istinadla xəbər verir ki, Sosial DemokratlarPartiyası (SPD) 22 faiz səslə ikinci yeri tutub. Bu nəticəpartiyanın əvvəlki seçkilərlə müqayisədə 2,3 faiz azdır.

Almaniya üçün Alternativ (AfD) partiyası isə 15,3 faiz səsləüçüncü yerdə qərarlaşıb və nəticəsini 10,3 faiz yaxşılaşdırıb.

Ən çox səs itirən partiya Yaşıllar olub – 2019-cu ildə 20 faizsəslə birincilik qazanan partiya bu dəfə cəmi 12,9 faiz səstoplayıb.

Digər nəticələr:

Azad Demokratlar Partiyası (FDP) – 3,3 faiz (-2,3 faiz)

Sol Partiya – 5,3 faiz (+1,5 faiz)

Digər partiyalar – 6,6 faiz.

Qeyd edək ki, NRW əyalətində 13,7 milyon seçici mövcuddur.

Seçilən
33
az.trend.az

1Mənbələr