AZ

Uitkoff şirkətindəki payını 120 milyon dollara satıb

Apa.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

ABŞ Prezidentinin sülhməramlı missiyalar üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff özünə məxsus "Witkoff Group" şirkətindəki payını 120 milyon dollara satıb.

APA xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi maliyyə bəyannaməsinə istinadla məlumat yayıb.

Məlumata görə, Uitkoff bu addımı ABŞ administrasiyasındakı vəzifəsi ilə sahibkarlıq fəaliyyəti arasında potensial maraq toqquşmasının qarşısını almaq üçün atıb.Bəyannamə avqust ayında təqdim olunub, sənəddə isə 30 iyun tarixindən etibarən onun ABŞ Prezidentinin sülhməramlı missiyalar üzrə xüsusi nümayəndəsi kimi fəaliyyətə başladığı qeyd olunur.Agentlik bildirir ki, Uitkoff Donald Trampın komandasında hələ inauqurasiyadan əvvəl işləməyə başlamışdı.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
23
1
apa.az

2Mənbələr