AZ

Tramp: İsrail böyük müttəfiqimiz Qətərə yanaşmasında çox ehtiyatlı olmalıdır

BAKI, 15 sentyabr. TELEQRAF

İsrail Qətərə yanaşmasında çox ehtiyatlı olmalıdır.

Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Nyu-Cersi ştatındakı Morristaun Hava Limanında bir jurnalistin sualını cavablandırarkən söyləyib.

Jurnalist dövlət başçısından ötən həftə İsrailin Dohada Fələstinin HƏMAS hərəkatının siyasi büro üzvlərinə qarşı hücumu ilə bağlı Baş nazir Binyamin Netanyahuya mesajının olub-olmadığı barədə soruşub.

“Mənim mesajım budur ki, onlar çox, çox ehtiyatlı olmalıdırlar. Onlar HƏMAS barədə nəsə etməlidirlər, lakin Qətər ABŞ-nin böyük müttəfiqidir", - Tramp cavab verib.

Seçilən
22
teleqraf.com

1Mənbələr