ain.az, Redaktor.az portalına istinadən məlumat yayır.
Bəzi meyvələr o cümlədən üzüm, banan və qovun sağlamlıq üçün potensial təhlükə yarada bilər.
Redaktor.az xəbər verir ki, bu barədə life.ru-ya müsahibəsində endokrinoloq və immunoloq Gülnarə Filatova xəbərdarlıq edib.
Onun sözlərinə görə, meyvələr adətən sağlamlığın rəmzi hesab olunsa da, onların faydası həmişə mütləq deyil. Burada təkcə qida dəyəri deyil, həm də miqdar və insanın orqanizminin vəziyyəti mühüm rol oynayır.
Üzümün xüsusilə ehtiyatla qəbul edilməli olduğunu deyən Filatova bildirib ki, bu meyvə hər nə qədər dadlı görünsə də, az miqdarı belə mədəaltı vəzi və qaraciyərə ciddi yük salır. Üzümün tərkibindəki qlükoza və fruktoza qan şəkərinin sürətlə yüksəlməsinə səbəb ola bilər ki, bu da artıq çəki, şəkərli diabet və ya prediyabeti olan insanlar üçün risk faktorudur.
Bananın da eyni dərəcədə hiyləgər meyvə olduğunu vurğulayan həkim qeyd edib ki, yüksək qlisemik indeksə malik olduğuna görə, bu meyvə də qanda şəkərin tez yüksəlməsinə səbəb olur. Xüsusən də maddələr mübadiləsi pozulmalarına meyilli və azhərəkətli insanlar üçün banan artıq kalori mənbəyinə çevrilə bilər. Bundan əlavə, kaliumun çox olması səbəbindən böyrək problemi yaşayan şəxslərə də zərərli ola bilər.
Qovun isə tez-tez həddindən artıq yeyilməyə gətirib çıxarır və qan şəkərində kəskin dəyişikliklər yaradır. Onun çox sululuğu və digər qidalarla birgə qəbulu qarında köp və həzm narahatlığına səbəb ola bilər. Bu hal xüsusilə həssas mədə və bağırsaq mikroflorasında pozuntuları olan insanlarda daha qabarıq müşahidə edilir.
Aytəkin TOFİQQIZI
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.