AZ

Mahir Emrelinin anasının başına görün nə iş gəldi! - FOTO

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin anası Elnurə Emreli qanunsuz şəkildə cərimələndiyini iddia edib.

Sportinfo.az xəbər verir ki, bu haqda paylaşım edən E.Emrelinin sözlərinə görə, avtomobili qarajda olduğu halda ona inzibati cərimə tətbiq olunub.

O, telefonuna gələn bildirişi izləyiciləri ilə bölüşərək bunları yazıb: “Maşın bu gün qarajdan çıxmayıb. Bu necə mümkündür, bilən var?”

Mesajda qeyd olunub ki, Elnurə Emreli dayanma və durma qaydalarını pozduğuna görə 20 manat məbləğində cərimələnib.

Məlumat üçün bildirək ki, bəzi hallarda cərimə bildirişləri sürücülərə bir neçə saat, hətta bəzən bir gün sonra gəlir.

Seçilən
16
sportinfo.az

1Mənbələr