AZ

Kanadada təyyarə qəzası: 4 nəfər həlak oldu - FOTO

Kanadanın Manitoba əyalətində kiçik təyyarə qəzaya uğrayıb.

Bizim.Media CTV telekanalına istinadən xəbər verir ki, nəticədə 4 nəfər həlak olub, 1 nəfər yaralanıb.

Hadisə regionun az məskunlaşmış şimal hissəsində, Meykpis gölü yaxınlığında baş verib.

Qəzadan sonra təyyarənin qalıqlarını axtarmaq üçün helikopter cəlb edilib. Polis məlumatına əsasən, yalnız pilot sağ qalıb, lakin o, ciddi xəsarətlər alıb. Digər sərnişinlər həyatını itirib.

Hadisə ilə bağlı araşdırma aparılır.


Bizim.Media

Seçilən
27
7
bizim.media

8Mənbələr