AZ

Füzuliyə media tur təşkil olunub (FOTO)

Füzuli. Trend:

Füzuli rayonuna “Prezidentin izi ilə” ənənəvi media tur təşkilolunub.

Trend-inQarabağ bürosu xəbər verir ki, media nümayəndələri ilk rayonunQaraxanbəyli kəndi ərazisində olublar.

Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti vəİdarəetmə Xidmətinin mətbuat katibi Leyla Sarabi jurnalistlərə yenisalınacaq kəndlə bağlı ətraflı məlumat verib. Bildirib ki, ölkərəhbəri tərəfindən təməli qoyulan kənd Ermənistanın işğalı zamanıdağıdılmış Qaraxanbəyli və Merdinli kəndlərinin sakinləriyerləşdiriləcək:

“Layihə iki mərhələdə icra olunacaq. Gələn il yekunlaşdırılmasınəzərdə tutulan birinci mərhələ 87 hektara yaxın ərazidə həyatakeçiriləcək. Bu mərhələdə 404 ailənin, ümumilikdə 1861 nəfərinköçürülməsi nəzərdə tutulur. Ərazidə 81 ədəd iki, 202 ədəd üç, 101ədəd dörd, 20 ədəd beşotaqlı olmaqla 404 fərdi ev inşa ediləcək.Kənddə sosial infrastrukturun, o cümlədən inzibati və xidmətbinalarının, məktəbin, uşaq bağçasının, tibb məntəqəsinin inşası,16 kilometrə yaxın daxili yolların, həmçinin elektrik, qaz, su vəkanalizasiya xətlərinin çəkilməsi planlaşdırılır”, deyə əlavəedib.

L.Sarabi həmçinin qeyd edib ki, 2027–2030-cu illəri əhatə edəcəkikinci mərhələ isə 230 hektara yaxın ərazidə icra olunacaq. Həmindövr buraya 1075 ailənin, ümumilikdə 4093 nəfərin köçürülməsinəzərdə tutulur. İki, üç, dörd və beşotaqlı olmaqla 771 fərdi ev vəiki-üçmərtəbəli yaşayış binaları inşa ediləcək. İkinci mərhələçərçivəsində də məktəbin və 2 uşaq bağçasının inşasıplanlaşdırılır. Əhalinin və evlərin sayı kəndin 20 illik perspektivinkişafı nəzərə alınmaqla müəyyən edilib.

Füzuliyə
Füzuliyə
Füzuliyə
Füzuliyə
Füzuliyə
Füzuliyə
Füzuliyə
Məqalədə:
Seçilən
14
49
az.trend.az

10Mənbələr