AZ

İnfarkt riskini artıran sağlam qidalar SİYAHI

Olke.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Aparılan yeni bir araşdırmaya görə, bizim sağlam hesab etdiyimiz bəzi qidalar infarkta səbəb ola bilər.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, avstraliyalı alimlərin apardığı yeni araşdırma göstərib ki, infarkt riskini artıran vəzi qidalar aşağıdakılardır:

- avokado

- yağlı balıqlar (məsələn, qızılbalıq, sardina)

- qoz-fındıq (qoz, badam və s.)

- toxumlar (çia, kətan toxumu və s.)

- zeytun yağı

- günəbaxan yağı

- soya yağı

- kolza yağı (kanola yağı)

Kvinslend Universitetindən molekulyar alim deysi Krikin rəhbərlik etdiyi yeni araşdırma omeqa-3 əlavələri ilə bağlı təəccüblü nəticələr ortaya çıxarıb. Araşdırmaya görə, omeqa-3 yağ turşuları immunitet sistemini sakitləşdirmək əvəzinə bəzi fərdlərdə iltihabı artıra bilər.

Tədqiqat göstərir ki, omeqa-3 təkcə faydalı təsirlərə malik deyil, həm də xroniki iltihab, piylənmə, 2-ci tip diabet və hətta infarkt riski ilə də əlaqəli ola bilər. Mütəxəssislər omeqa-3-lərin, xüsusən də fərqli genetik və metabolik xüsusiyyətlərə malik şəxslərdə gözlənilməz təsirlərə malik ola biləcəyi barədə xəbərdarlıq ediblər.

Alimlər 2800 iştirakçının məlumatlarını təhlil edib. Yüksək miqdarda omeqa-3 və omeqa-6 yağ turşularını istehlak edən şəxslərdə iltihablı göstəricisi olan GlycA səviyyələrinin əhəmiyyətli dərəcədə yüksəldiyini aşkarlayıblar.

Araşdırmada günəbaxan, soya və kolza kimi bitki yağlarının uzun müddətdir sağlam alternativlər kimi təbliğ edildiyi və bu yağların həddindən artıq istehlakının otoimmün xəstəliklərdən infarktlara qədər bir sıra risklərə səbəb ola biləcəyi qeyd edilib.

RUSH Sağlam Yaşlanma İnstitutunun professoru Tomas Holland nəticələri "gözlənilməz" kimi qiymətləndirib. O belə yağların immunitet sisteminə mənfi təsir göstərə biləcəyini qeyd edib.

Billurə Yunus

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
8
1
olke.az

2Mənbələr