BAKI, 15 sentyabr. TELEQRAF
Türkiyə xarici işlər naziri Hakan Fidan ABŞ-nin İsraillə bağlı siyasətini tənqid edib.
Teleqraf xəbər verir ki, o, bu barədə “Əl-Cəzirə” telekanalına müsahibəsində bildirib.
Fidanın sözlərinə görə, ABŞ İsraili bütün digər ölkələrlə münasibətlərindən üstün tutur.
“Belə bir yanaşma ABŞ-nin regionda təsir və mövqelərini itirməsi bahasına başa gələ bilər, təkcə regiondakı tərəfdaşları üçün deyil, həm də ABŞ-nin özü üçün çətinliklər yaradıb”, - o əlavə edib.
Fidan qeyd edib ki, Türkiyə İsrailin hərəkətləri nəticəsində mülki əhali arasında itkilər, onun regionda genişlənmə siyasətinin yaratdığı təhdidlər və ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq sistemi çöküş həddinə çatdırması barədə Amerika tərəfini məlumatlandırmaqda davam edir:
“Həmçinin Amerika siyasi sistemində qətiyyətli fəaliyyətə mane olan struktur məhdudiyyətlərini də etiraf etməliyik”.