AZ

Ötən həftə təmizlənən minalı ərazilərin həcmi açıqlanıb

2025-ci ilin 8-14 sentyabr tarixlərdində işğaldan azad edilən ərazilərdə 11 tank əleyhinə mina, 118 piyada əleyhinə mina, 1406  partlamamış hərbi sursat (PHS) aşkarlanaraq, zərərsizləşdirilib. Bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) məlumat yayıb.

Məlumata əsasən, 1333,8 hektar ərazi minalardan təmizlənib.

 Azərbaycanda da mina qurbanlarının sayı 3400 nəfərdən çoxdur. Onların 359 nəfərini uşaqlar təşkil edir. 38 nəfəri qadınlardır. 

Təkcə İkinci Qarabağ Müharibəsindən sonra mina qurbanlarının sayı 382 nəfər təşkil edib. Onların 55 nəfəri həlak olub. Minaya düşənlərin 143 nəfəri isə mülki şəxslərdir. 

Aytac

Seçilən
2
5
anews.az

10Mənbələr