Onlar (Qətər – red.) hər şeyin tam ortasında olduqları üçün çox çətin həyat sürürlər. Ancaq ABŞ-ın böyük müttəfiqidirlər və biz onlarlayıq.
Axar.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Qətərin Baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdülrəhman əs-Sani ilə görüşündən sonra mətbuata olan açıqlamasında bildirib.
“Onlar (İsrail) Qətərlə bağlı çox diqqətli olmalıdırlar. HƏMAS-la bağlı bir şey etməlidirlər, lakin Qətər bizim böyük müttəfiqimizdir. Ona görə də İsrail və başqa hər kəs bu mövzuda ehtiyatlı davranmalıdır. Bir yerə hücum edəndə diqqətli olmalıdırlar” , - Tramp vurğulayıb.