AZ

İrəvan Ağrı dağına olan iddalarından əl çəkir? - "Real Ermənistan ideologiyasının müasir tələblərinə uyğun deyil"

Açıqlama

Hurriyyet.az xəbər verir ki, Ermənistanda pasport möhürlərində Ağrı dağının təsvirindən imtinanın səbəbləri barəsində açıqlama verilib.

Ermənistanın əmək və sosial məsələlər naziri Arsen Torosyan ölkəyə giriş-çıxış zamanı sərhəddə vurulan möhürlərdən Ağrı dağının təsvirinin silinməsi barəsində qərarı izah edib. Nazir respublikada geniş müzakirələrə səbəb olan addım barəsində deyib: "Qərarın səbəbi çox sadədir: möhürlər sərhəd xidmətinin, həmçinin real Ermənistan ideologiyasının müasir tələblərinə uyğunlaşdırılıb".

Erməni nazirin sözlərinə görə, artıq çoxdandır ki, dünyanın bir çox ölkələrində sərhədlərdən keçərkən pasporta möhürlər vurulmur: "Analoji olaraq, qonşumuz Gürcüstanda sərhədi heç bir möhür olmadan, şəxsiyyət vəsiqəsi ilə keçə bilərik. Çünki sərhədin keçilməsi yalnız elektron sistemdə qeydə alınır".

Yeni möhürlərdə dünyanın demək olar ki, bütün ölkələrində olduğu kimi, heç bir informasiya və ya təsvir olmayacaq. Möhürün ölçüsü də kiçildilib ki, səyahətçilərin pasportlarının istifadə imkanları məhdudlaşmasın".

Xatırladaq ki, Ermənistan hökumətinin qərarı ilə dövlət sərhədini keçmək zamanı pasportlarda və ya onları əvəz edən sənədlərdə qoyulan işarələrə dəyişikliklər edilib, xüsusən də möhürün ölçüsü dəyişdirilib, Ağrı dağının təsviri götürülüb.

Qərar 2025-ci il noyabrın 1-dən qüvvəyə minəcək.

Hürr Tərcüman

Seçilən
4
1
hurriyyet.az

2Mənbələr