“Mançester Siti”nin portuqaliyalı yarımmüdafiəçisi Bernardo Silvanın gələcək karyerası ilə bağlı yeni iddialar yayılıb.
İdmanxeber.az “Diario AS”-a istinadən xəbər verir ki, İngiltərə nəhəngi futbolçu ilə müqavilənin müddətini uzatmaq niyyətində deyil. Bu səbəbdən 31 yaşlı yarımmüdafiəçi gələn yay azad agent kimi komandadan ayrıla bilər.
Silvanın xidmətində İtaliyanın “Yuventus” klubu ilə yanaşı, Portuqaliyanın “Benfika”sı da maraqlıdır.