AZ

Tramp: Vaşinqtonda lazım gələrsə, fövqəladə vəziyyət elan edəcəyəm

Tramp: Vaşinqtonda lazım gələrsə, fövqəladə vəziyyət elan edəcəyəm

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Demokrat meri Muriel Bouser-in ABŞ Miqrasiya və Gömrük Nəzarəti (ICE) qurumları ilə əməkdaşlıq etməyəcəyini açıqlamasından sonra, lazım gələrsə fövqəladə vəziyyət elan edərək federal idarəetməni tətbiq edəcəyini bildirib.

Tramp Truth Social hesabından Vaşinqtondakı cinayət səviyyəsi və Bouserin açıqlamaları ilə bağlı paylaşım edib.

Federal hökumətin müdaxiləsi sayəsində Vaşinqtonun bir neçə həftə ərzində ABŞ-ın və hətta dünyanın ən təhlükəli şəhərlərindən biri olmaqdan çıxaraq ən təhlükəsiz şəhərlərdən birinə çevrildiyini bildirən Tramp şəhərin demək olar ki, heç cinayət olmayan bir yer olduğunu qeyd edib.

Tramp şəhərin restoranları, mağazaları və bizneslərinin dolub-daşdığını qeyd edərək, Demokrat mer Bouserin ICE ilə əməkdaşlıq etməyəcəyini açıqladığını vurğulayıb.

Bowser-in sözlərinə reaksiyasında Tramp “Əgər buna icazə versəm, cinayətlər yenidən baş qaldıracaq. Buna icazə verməyəcəyəm. Lazım gələrsə fövqəladə vəziyyət elan edib federal idarəetməni tətbiq edəcəyəm” deyib.

Seçilən
14
1
afn.az

2Mənbələr