AZ

33 il sonra Kəlbəcərdə İLK ZƏNG çalındı - FOTO

33 ildən sonra Kəlbəcərdə ilk zəng çalınıb.

Bizim.Media xəbər verir ki, şəhərdə işğal dövründən sonra inşa olunan ilk tədris ocağı modul tipli binada fəaliyyətə başlayıb.

Bina məktəblilərin təhsillərini davam etdirmələri üçün müvəqqəti olaraq təşkil edilib.

Kəlbəcər şəhərində 2,24 hektar ərazidə müasir təhsil kompleksinin inşası davam edir. Kompleksdə ümumtəhsil orta məktəb, 80 yerlik uşaq bağçası, 7 peşə təhsili üçün emalatxana və 70 yerlik yataqxana nəzərdə tutulub. 

Təhsil kompleksinin 2026-cı ildə istifadəyə verilməsi nəzərdə tutulur.

Məktəbdə Bilik Günü münasibətilə təşkil olunan tədbirdə qeyd edilib ki, 32 il məcburi köçkünlüyün ağır sınaqlarını yaşamış soydaşlarımız bu gün qalibiyyətin bəhrəsini görərək doğma torpaqlarında həyatın yenidən bərqərar olmasına şahidlik edirlər.








Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

Seçilən
14
28
bizim.media

10Mənbələr