AZ

Soydaşımız RF nin İjevsk şəhər Dumasına seçkilərdə qalib gəlib

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Moskva, 15 sentyabr, AZƏRTAC

Sentyabrın 15-də səhər saatlarına olan məlumata görə, Rusiyanın Udmurtiya Respublikası paytaxtının şəhər Dumasına keçirilən seçkilərdə 25 birmandatlı dairədən 23-də “Vahid Rusiya” partiyasının namizədləri qalib gəlir. Onlar artıq 10 seçki dairəsində deputat statusu alıblar.

AZƏRTAC xəbər verir ki, 25 saylı seçki dairəsi üzrə 59,6 faiz səs toplayan azərbaycanlı Bəhruz Hümbətov lider olub. Gürcüstanın Dmanisi rayonunun Ormaşen kəndindən olan soydaşımız Udmurt Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. B.Hümbətov altıncı və yeddinci çağırış İjevsk şəhər Dumasının deputatı, sosial siyasət daimi komissiyasının sədri olub. Hazırda o, “Sibir” MMC-nin direktoru vəzifəsini tutur, Udmurtiya Respublikası “Soyuzniki” Yerli İcmaların İnkişafı Fondunun Rəyasət Heyətinin sədri və Udmurtiya-Azərbaycan Dostluq İctimai Mərkəzinin regional ictimai təşkilatının sədr müavinidir.

Sentyabrın 14-də Rusiyada müxtəlif səviyyələrdə - qubernatorlardan tutmuş yerli hakimiyyət orqanlarına qədər keçirilən seçkilərdə üçgünlük səsvermə başa çatıb. Mərkəzi Seçki Komissiyasının açıqladığı ilkin nəticələrə əsasən, regionların əksəriyyətində indiki rəhbərlər və ya qubernator səlahiyyətlərini icra edənlər – “Vahid Rusiya” partiyasının namizədləri qalib gəlirlər.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
22
2
azertag.az

3Mənbələr