AZ

Salahdan "Liverpul" tarixinin rekordu

style='margin-bottom:10px;'>

"Liverpul"un vingeri Məhəmməd Salah yeni uğura imza atıb.

QOL.az xəbər verir ki, o, buna İngiltərə Premyer Liqasının 4-cü turun "Bernli" ilə matçında nail olub. Salah görüşün 90+5-ci dəqiqəsində penaltini dəqiq yerinə yetirib. Bununla da 33 yaşlı hücumçu "mersisaydlılar" üçün penaltidən vuduğu qolların sayını 35-ə çatdırıb.

Nəticədə o, klub rekorduna imza atıb. Salah "Liverpul" tarixinin penaltidən ən çox qol vuran oyunçusu adını qazanıb. Misirli forvard 11 metrlik zərbədən 34 qol vuran Billi Liddelli geridə qoyub.

Arne Slotun rəhbərlik etdiyi "Liverpul" Premyer Liqanın startında 4-cü qələbəsini qazanıb və 12 xalla turnir cədvəlində birincidir.

Seçilən
17
1
teleqraf.com

5Mənbələr