AZ

Paşinyan KTMT dən gileylənib

ain.az, Hurriyyet saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Hurriyyet.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan yenə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Ermənistan qarşısındakı müttəfiqlik öhdəliklərini yerinə yetirməməkdə ittiham edib.

"Sputnik Ermənistan" informasiya agentliyinin məlumatına görə, Paşinyan deyib: "İrəvan uzun illər boyunca təhlükəsizlik sistemini iki komponent üzərində qurub - hərbi-siyasi alyanslar və ordu. Lakin son illərin hadisələri, o cümlədən Azərbaycanla münaqişələr göstərdi ki, bu iki komponent işləmir".

Paşinyanın sözlərinə görə, KTMT məsələsində aydın olub ki, bu təşkilat "Azərbaycanı da elə Ermənistan kimi qardaş ölkə hesab edir".

Paşinyan deyib: "Bu mövqe yenilik deyildi. Sadəcə, Ermənistan əvvəllər bunu görməməyi üstün tuturdu".

Hürr Tərcüman

 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
2
1
hurriyyet.az

2Mənbələr