AZ

Belə havalar infarkt və insult riskini artırır — Həkimdən XƏBƏRDARLIQ

“Havaların qəfil soyuması orqanizm üçün ciddi sınaqdır. Bu dəyişikliklər sağlamlığın müxtəlif sahələrinə təsir göstərə bilir”.

Bu barədə həkim-terapevt Vəfa Hüseynova Demokrat.az-a açıqlama verib.

O əlavə edib ki, ilk növbədə immun sistem zəifləyir:

“Tənəffüs yolları zəiflədiyinə görə virus və bakteriyaların bədənə daxil olması asanlaşır.  Qrip, soyuqdəymə, bronxit kimi yoluxucu xəstəliklərin yayılması sürətlənir. Ürək-damar sistemi də soyuqdan təsirlənir. Damarların daralması arterial təzyiqi qaldırır. Bu da ürək xəstələrində infarkt və insult riskini artırır. Günəş işığının azalması nəticəsində serotonin ifrazı aşağı düşür. Bu isə halsızlıq, yuxululuq və hətta mövsümi depressiya yarada bilir. Bütün bunların qarşısını almaq üçün insanlar düzgün geyim seçməli, immuniteti gücləndirməli, vitaminli qidalanmaya üstünlük verməli, xüsusilə C vitamini qəbulunu artırmalıdır. Qəfil soyuq hava sağlamlıq üçün həm qısa, həm də uzunmüddətli risklər daşıyır”.

Leyla Turan
Demokrat.az
Seçilən
19
1
demokrat.az

2Mənbələr