BAKI, 15 sentyabr. TELEQRAF
Ötən il Metanol zavodunda516,5 min ton metanol məhsulu istehsal edilib.
Teleqraf Dövlət Neft Şirkətinin (SOCAR) 2024-cü ilin hesabatına istinadən xəbər verir ki, hesabat dövründə 502 min ton metanol məhsulu satılıb.
Bunun 476 min tonu (94,8%) ixracın, 26,0 min tonu (5,2%) isə daxili bazarın payına düşüb. Əsas ixrac istiqamətləri Türkiyə, Rumıniya, İtaliya, Sloveniya, İsrail, İspaniya, Niderland olub.