Emmy tarixinə iz qoyuldu: ən gənc aktyor qalib oldu
Ajans.az xəbər verir ki,o,"Adolescence" (Yeniyetməlik) adlı dram serialındakı roluna görə aktyorluq kateqoriyasında qalib seçilərək, bu nominasiyada qalib gələn ən gənc kişi kimi Emmy tarixinə düşüb. Gənc istedad emosional çıxışı ilə gecəyə damğa vurub: “Düzünü desəm, bir neçə il bundan əvvəl bu dram dərslərinə başlayanda heç gözləmirdim ki, ABŞ-da, hətta burada da olacam,” – deyə Cooper səhnədə bildirib. “Amma düşünürəm ki, bu gecə sübut edir: əgər dinləsəniz, diqqət yetirsəniz və rahatlıq zonanızdan çıxsanız, həyatda hər şeyə nail ola bilərsiniz. Mən təxminən üç il əvvəl heç kim idim. İndi isə buradayam.” Owen Cooper aktyorluq karyerasına cəmi bir neçə il əvvəl başlayıb. Peşəkar təcrübəsi az olsa da, "Adolescence" serialındakı performansı tənqidçilər və tamaşaçılar tərəfindən yüksək qiymətləndirilib. Serialda o, yeniyetmələrin psixoloji inkişafını və mürəkkəb ailə münasibətlərini əks etdirən dramatik obrazla çıxış edib. Cooperin bu uğuru həm yaşına, həm də təcrübəsinə baxmayaraq, gənc aktyorların sənət dünyasında nə qədər irəli gedə biləcəyinin bariz nümunəsi kimi qiymətləndirilir.