AZ

Tramp: Zelenski ilə Putin bir-birinə o qədər nifrət edir ki...

"Zelenski ilə Putin arasındakı nifrət hədsizdir. Onlar bir-birlərinə o qədər nifrət edirlər ki, bu səbəbdən də praktiki olaraq danışa bilmirlər. Düşünürəm ki, mən sözümü deməliyəm”. 

Azreform.info xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Volodimir Zelenski ilə Rusiya prezidenti Vladimir Putin arasındakı mümkün  görüşü şərh edərkən deyib.

Tramp əlavə edib ki, hər iki liderin görüşü istisna deyil, lakin onun təşkili asan olmayacaq.

“Danışıqlar olacaq. Biz bu və ya digər şəkildə bunu həll edəcəyik. Ona görə də mən müdaxilə etməliyəm", - Tramp qeyd edib.

Mürtəza

Seçilən
14
1
azreform.info

2Mənbələr