AZ

Azərbaycan XİN Bakının işğaldan azad edilməsinin ildönümü ilə bağlı paylaşım etdi

BAKI, 15 sentyabr. TELEQRAF

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Bakının erməni-bolşevik işğalından azad olunmasının 107-ci ildönümü münasibətilə sosial media hesablarında paylaşım edib.

Teleqraf xəbər verir ki, paylaşımda deyilir:

"1918-ci il bu gün, Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakıya daxil olaraq erməni-daşnak işğalına son qoydu.

Paytaxtın azad edilməsi Azərbaycanın dövlətçilik uğrunda mübarizəsində dönüş nöqtəsi oldu, xalqımızın və onun müttəfiqlərinin birliyi, cəsarəti və fədakarlığını göstərdi.

107 il sonra biz millətimizin azadlığı və müstəqilliyi uğrunda canlarını qurban verənlərin xatirəsini dərin minnət və ehtiramla yad edirik".

Seçilən
9
2
teleqraf.com

3Mənbələr