AZ

Metroda ödənişi nə vaxt üzümüzlə ödəyəcəyik? RƏSMİ

Cebheinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Azərbaycanda metroda biometriya (insanın bioloji xüsusiyyətlərinə əsasən kimliyin müəyyən edilməsi, tanınması) ödəniş edilməsi ilə bağlı Bakı Metropoliteni ilə danışıqlar aparılır. 

“AzInTelecom” MMC-nin kommersiya departamentinin direktoru Fərrux Fərəcullayev bildirib ki, avtobuslarda bu sistemin tətbiqi əsasən mümkün deyil: 

“Buna səbəb açıq havada texniki, hava şəraiti və digər problemlərdir”. O da qeyd edilib ki, üztanınma ilə ödəniş xüsusi rahatlıq verir və dünyada getdikcə yayılır. 

Ümumiyyətlə, bu sistem necə və nə vaxtdan işləyəcək? 

Məsələ ilə bağlı Bakı Metropolitenindən “Cebheinfo.az”-ın sorğusuna cavab olaraq bildirilib ki, gediş haqqının ödəniş üsullarının genişləndirilməsi istiqamətində işlər davam etdirilir: 

“Gediş haqqının ödənilməsində biometrik (üztanıma) sistemin metro nəqliyyatında tətbiqi gələcəkdə mümkün hesab olunur. Lakin hazırda bu məsələnin aktuallığı yalnız gələcək planların, texniki həllərin müzakirələri, habelə bu texnologiyaların ölkəmizdə genişlənməsinin və dünya təcrübəsinin diqqət mərkəzində saxlanılması və öyrənilməsi çərçivəsində mövcuddur. Hazırda Bakı metropolitenində plastik kartlar və QR bilet sistemi ilə ödənişlər aparılır. Bununla yanaşı, ödəniş sistemində də rəqəmsal həllərin genişləndirilməsi günün zəruri tələbinə çevrilib. 

Təmassız ödəniş üsullarının tətbiqi məqsədilə aidiyyəti qurumlarla intensiv işlər davam etdirilir. Hədəf bank kartları, “Google Pay” və “Apple Pay” kimi ödəmə imkanlarının yaradılmasıdır. Mövcud ödəniş üsullarına yenilərinin əlavə edilməsi metropoliten sərnişinlərinə daha geniş imkanlar yaratmaqla bu sahədə onların rahatlığına və məmnunluğuna müsbət təsir göstərəcək”. 

Nigar Abdullayeva 

“Cebheinfo.az”

 

Açar sözlər:

Metro ödəniş Fərrux Fərəcullayev

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
2
cebheinfo.az

4Mənbələr